İsrail Suriyanı bombaladı
2022-04-27 12:28:00

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, İsrail Suriyanın paytaxtı Dəməşq şəhərinin yaxınlığına hava hücumu edib.
Suriya Dövlət Televiziyası Suriyanın hava müdafiəsinin Dəməşq səmalarında İsrailin raketlərinə cavab verdiyini bildirib.
Bölgədə yaşayan vətəndaşlar mətbuata açıqlamalarında raketlərin Dəməşqin şimal-qərbinə və cənubuna düşdüyünü, partlayışların çox şiddətli olduğunu bildiriblər.
SANA agentliyi hücum nəticəsində 4 nəfər suriyalı hərbçinin həlak olduğunu, 3-nün isə yaralandığını bildirib.
Aprel ayı ərzində İsrail dəfələrlə Suriyaya hava hücumu edib. 9 aprel tarixində Hama rayonu, 15 apreldə isə Dəməşqin qərbindəki rayonlar hədəfə alınmışdı.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya