İsrail Suriyada İran və Hizbullahın mövqelərinə zərbələr endirib

2022-06-07 16:57:00

İsrail Suriyada İran və Hizbullahın mövqelərinə zərbələr endirib

Hərbi mənbələrdən birinin məlumatına görə, Suriyanın Hava Hücumundan Müdafiə Sistemi İsrailin Dəməşqin cənubuna endirdiyi hava hücumlarına cavab verib.
Sözügedən mənbənin yaydığı məlumata görə, Qolan bölgəsindən həyata keçirilən hava hücumları Suriyanın paytaxtı Dəməşqin cənub bölgələrini hədəf alıb.
Suriyanın rəsmi xəbər ajansı -SANA da bu barədə yaydığı məlumatında bildirib ki, Suriyanın Hava Hücumundan Müdafiə Sistemləri İsrailin atdığı raketlərin çoxunu  zərərsizləşdirə bilib.
Məlumatda o da qeyd olunub ki, İsrailin hava hücumları nəticəsində insan təlafatı olmayıb, sadəcə cüzi maddi ziyan dəyib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya