İsrail səfirliyinin iki əməkdaşı öldürüldü

Hurriyyet.az Rusiyanın NTV kanalına istinadla məlumat verir ki, İsrailin Vaşinqtondakı səfirliyinin iki əməkdaşı qətlə yetirilib. Diplomatlar Amerikanın paytaxtındakı Yəhudi muzeyinin qarşısında güllələniblər.
Hadisə barəsində ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem öz X səhifəsində məlumat verib. Noem bəyan edib ki, sünən axşam İsrail səfirliyinin iki nəfər əməkdaşı Vaşinqtondakı Yəhudi muzeyinin yaxınlığında "nahaqdan öldürülüb". Təhqiqat başlanıb. Noem hücum edən şəxsin məsuliyyətə cəlb ediləcəyini bildirib.
"NBC News" telekanalı hadisənin yerli vaxtla 21.15-də (Bakı vaxtı ilə 05.15-də) baş verdiyini bildirir. Naməlum şəxsin açdığı atəş nəticəsində bir qadın və bir kişi həlak olublar. Mənbələrin məlumatına görə, şübhəli şəxs saxlanılan zaman "Fələstinə azadlıq" şüarını səsləndirirmiş. Onun şəxsiyyəti hələlik müəyyənləşdirilməyib.
Hürr Tərcüman
