Saat:09:31
Haqqımızda

İsrail Qəzzanı belə böləcək: Şimal-qərbdən Aralıq dənizi sahili boyunca, şimal-şərqdən...

2023-11-04 11:56:41

İsrail Qəzzanı belə böləcək: Şimal-qərbdən Aralıq dənizi sahili boyunca, şimal-şərqdən...

​​​​​İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının dəniz boyunca iki hissəyə bölünməsini planlaşdırır.

Hurriyyet.az xəbər verir ki, bu barədə CNN peyk görüntülərinə istinadən məlumat yayıb.

Dəqiqləşdirilir ki, İDF quru əməliyyatı başlayandan bəri İsrail hərbçiləri üç istiqamətdə irəliləyib. Konkret olaraq, qoşunlar Qəzza zolağının şimal-qərb sərhədindən Aralıq dənizi sahili boyunca, şimal-şərqdən Beyt Hanun yaxınlığından və Qəzza şəhərinin cənubu boyunca şərqdən qərbə doğru hərəkət edir.

Telekanalın məlumatına görə, bu, İsrailin Qəzza zolağının iki yerə bölünməsinə açıq cəhdindən xəbər verir.

Bundan əvvəl Ağ Evin yüksək rütbəli rəsmisi CNN-ə bildirib ki, Vaşinqton İsrailin Fələstinin HƏMAS hərəkatı ilə mübarizədə taktikasını dəyişəcəyini proqnozlaşdırır. Xüsusilə də İsrailin hava əməliyyatlarını azaltması gözlənilir.

publika.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 1.900612