İsrail öz vətəndaşlarına Ermənistanla bağlı xəbərdarlıq etdi
2024-12-05 18:13:28
Hurriyyet.az xəbər verir ki, İsrail öz vətəndaşlarına Ermənistana səfərlərin təhlükə səviyyəsinin artması barəsində xəbərdarlıq edib.
İsrailin Milli Təhlükəsizlik Şurasının 5 dekabr tarixli açıqlamasında Ermənistana, Braziliyaya və Maldiv adalarına səfərlər planlaşdırılan israillilərə ehtiyatlı olmaq tövsiyə edilib. Ermənistanda təhlükə səviyyəsinin 1-dən 2-yə qədər artdığı qeyd edilir və bunun ölkə ərazisindəki terror elementlərinin fəallaşması ilə bağlı olduğu bildirilir. 2 səviyyəsində ayıq-sayıq və ehtiyatlı olmağı tövsiyə edilir və bu, ölkəni tərk etmək çağırışı deyil.
Hürr Tərcüman
