İsrail ordusu Livanda "Hizbullah"ın raket qurğularına zərbə endirib
2025-11-22 20:44:00
İsrail ordusu "Hizbullah"ın Livanın cənubundakı hərbi obyektlərdə yerləşdirilmiş raket qurğularına zərbələr endirib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Raket qurğularının mövcudluğu və həmin obyektlərdəki hərbi fəaliyyət İsrail və Livan arasındakı razılaşmaları pozur", – bəyanatda qeyd olunub.
Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri Bekaa bölgəsində döyüşçülərin fəaliyyəti, silah anbarları və digər hərbi obyektlərin aşkarlandığı iki hədəfi vurub. \\Report
