Saat:19:16
Haqqımızda

İsrail müdafiə naziri Beni Qantz İran rejimini hər il “İslami Cihad” qrupuna on milyonlarla dollar verməkdə ittiham etdi

2022-08-12 13:35:00

İsrail müdafiə naziri Beni Qantz İran rejimini hər il “İslami Cihad” qrupuna on milyonlarla dollar verməkdə ittiham etdi

İsrailin müdafiə naziri Beni Qantz İsrail ordusunun Təl-Əvivdəki qərargahında Yunan kiprli həmkarı ilə görüşdə İran rejimini Fələstinin “İslami Cihad” təşkilatının cibinə on milyonlarla dollar axıtmaqda və İslami Cihad qrupunu əslində bir İran hökumətinin proksi qruplaşması olduğunu bildirib.
Onun sözlərinə görə, “İslami Cihad” təşkilatının liderləri davamlı olaraq İrana səfər edərək bu ölkənin rəhbərləri ilə görüşürlər və İran rejiminin hər il İslami Cihad üçün ayırdığı on milyonlarla dollarlıq maliyyə dəstəyindən əlavə, İnqilab Keşikçiləri Korpusu (SEPAH) da gizli şəkildə silah istehsalı üçün lazım olan avadanlıq və bilikləri Qəzzaya daxil edir və bu silahlar mülki insanları öldürmək üçün istifadə olunur.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR