Saat:15:31
Haqqımızda

İsrail mediası: "Mossad" rəhbəri Devid Barni İrana hücum təklifi edib"

2024-12-23 18:29:01

İsrail mediası:

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, İsrailin "Mossad" xarici kəşfiyyat xidmətinin başçısı Devid Barni Yəmənin "Ənsar Allah" hərəkatının İsrailə hücumlarına cavab olaraq İrana PUA və raketlərlə hücum etməyə çağırıb. İsrail mətbuatının yazdığına görə, Barni bu təklifi yüksək vəzifəli şəxslərin iştirakı ilə keçən qapalı iclasda irəli sürüb.
İranın dəstəklədiyi husilər İsrailə raket və PUA zərbələri endirməyə davam edirlər.
Dekabrın 21-də İsrailin HHM sistemi husilərin Tel-Əviv istiqamətinə atdığı raketi dəf edə bilməyiblər. Nəticədə 16 nəfər israilli yaralanıb. İsrailin Baş naziri Binyamin Netanyahu İsrail tərəfinin hücumlara cavab edəcəyini bəyan edib.
Hürr Tərcüman    

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.277613