İsrail Livanın cənubunu atəşə tutub
2024-03-27 11:16:40

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İsrail ordusu Livanın cənubundakı hərbi obyektlərə zərbələr endirdiyini bəyan edib. İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, HƏMAS-ın müttəfiqi olan "Əl Cəmaa əl islamiyyə" qrupunun komandirlərindən biri bombalanma zamanı həlak olub.
Hürr Tərcüman
