Saat:12:52
Haqqımızda

İsrail Livanı bombaladı

2025-10-06 17:31:42

İsrail Livanı bombaladı

Hurriyyet.az xəbər verir ki, "Al Mayadeen" kanalı İsrailin Livanın şərqindəki hədəflərə azı üç dəfə havadan raket zərbələri endirdiyini bildirib. 
Bu hədəflərin "Hizbullah" obyektləri olduğu güman edilir.
Şahidlər Baalbek, Nabi Şit, Xarabta, Hermel və ətraf ərazilərdə güclü partlayışların eşidildiyini, qatı tüstünün səmaya qalxdığını bildiriblər. Hava hücumu nəticəsində ölən və yaralananların olub-olmadığı barədə məlumat yoxdur.
Telekanalın məlumatına görə, İsrail təyyarələri Bekaa vadisi və Suriya ilə sərhəd bölgəsi üzərində aşağı hündürlükdə uçaraq Livanın hava məkanında qalmaqdadır.
Hürr Tərcüman