İsrail Livandakı obyektləri vurdu
2025-06-21 10:56:37

Hurriyyet.az xəbər verir ki, SAXAL "Hizbullah" təşkilatının Livanda yerləşən infrastrukturuna zərbələr endirdiyini bəyan edib.
İsrailin müdafiə ordusunun məlumatına görə, "Hizbullah" təşkilatının "Radvan" qüvvələrinin infrastrukturu donanma qüvvələri tərəfindən vurulub: "Gecə İsrailin Hərbi Dəniz Qüvvələrinin gəmisi Livanın cənubundakı Nakura rayonunda "Hizbullah" təşkilatının "Radvan" qüvvələrinin obyektinə zərbə endirib".
Hürr Tərcüman
