Saat:17:08
Haqqımızda

İsrail Livana girdi: İranın cavabı nə olacaq? – Özər

2024-10-01 09:18:49

İsrail Livana girdi: İranın cavabı nə olacaq? – Özər

İran İsrailin bütün provokativ addımlarına qarşı hər hansı bir reaksiya verməyəcək, heç bir müdaxilə etməyəcək.

Hurriyyet.az xəbər verir ki, Bu sözləri Axar.az-a türkiyəli analitik Engin Özər İsrailin Livana quru əməliyyatı başlaması fonunda İranın reaksiyası haqda danışarkən deyib.

O bildirib ki, məsələ Baş nazir Benyamin Netanyahunun məhz şəxsi yanaşmasına görə daha ciddi bir vəziyyət alıb:

“O, şiddətli, radikal, dini hissləri ilə Tövratda qeyd olunan “böyük İsrail” layihəsini addım-addım həyata keçirmək üçün əlindən gələni edir. İranın isə bu gərginliyə müdaxiləsi çox cüzidir. Güman ki, Qəzza əməliyyatı kimi, Livanda da quru əməliyyatı çox qanlı olaca. İsrail Livanın cənubunu işğal edəcək. Bu işğal prosesi bir neçə il davam edə bilər. Ona görə də biz artıq gələcək üçün silahlı Hizbullahdan yox, siyasi hərəkata çevriləcək qruplaşmadan danışa bilərik. Bu arada ərəb ölkələrində antiisrail və antiseminist əhval-ruhiyyə artan tempdə davam edir”.

Qeyd edək ki, gecə saatlarında İsrail Livanın cənubunda məhdud quru əməliyyatına başlayıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.974002