Saat:04:33
Haqqımızda

İsrail kəşfiyyatı HƏMAS-ın məhvi üçün planlar hazırlayıb - Türkiyədə əməliyyat planlaşdırılır

2023-12-01 16:02:24

İsrail kəşfiyyatı HƏMAS-ın məhvi üçün planlar hazırlayıb - Türkiyədə əməliyyat planlaşdırılır

İsrail xüsusi xidmət orqanları HƏMAS hərəkatının üzvlərini axtarmaq və məhv etmək üçün çoxillik plan hazırlayır.

Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ-nin “Wall Street Journal” nəşri yazıb.

Qeyd olunub ki, söhbət təkcə Qəzza zolağında deyil, Livan, Türkiyə və Qətərdə olan terrorçulardan gedir.

Bildirilib ki, bəzi İsrail rəsmiləri terrorçuların məhv edilməsi planının hazırlanmasını gizli saxlamağı zəruri hesab etsələr də, İsrailin Baş naziri Benyamin Netanyahu bunu noyabrın 22-də elan edib. O, MOSSAD-a (İsrail Milli Kəşfiyyat Xidməti) HƏMAS liderlərinin harada olmasından asılı olmayaraq, onları məhv etməyi tapşırıb.

Qəzetdə yazılıb ki, İsrailin əsas məqsədi HƏMAS-ı tamamilə məhv etməkdir. (report)

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.265253