İsrail İranla yeni nüvə anlaşması qəbul etməyə razıdır

2021-09-15 15:54:00

İsrail İranla yeni nüvə anlaşması qəbul etməyə razıdır

İsrailin müdafiə naziri Beni Qants “Foreign Policy” jurnalına bildirib ki, onun ölkəsi İranla Vyana şəhərində əldə edilmiş nüvə anlaşmasını qəbul etməyə hazırdır. Bir şərtlə ki, İran razılaşmaya əməl etməsə ABŞ-ın alternativ proqramı olsun.

Qants ABŞ-ı əgər danışıqlar uğursuzluqla sonuclanarsa, İrana iqtisadi təzyiqi gücləndirməklə alternativ proqramı tətbiq etməyə çağırıb. Nazir həmçinin bəyan edib ki, İsrailin 3-cü planı da var və bu plana hərbi əməliyyatlar daxildir. Qants eləcə də İranın nüvə proqramını durdurmaq üçün İsrail ordusunun tədbirlər hazırladığını bildirməklə qarşı tərəfi -rəsmi Tehranı təhdid edib.

Ülviyyə,

 Hurriyyet.az