İsrail İranla savaşa hazırdır – müharibəni başqa ölkədə apara bilərlər

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İsrailin Müdafiə naziri Yoav Qalant ölkəsinin Suriya ərazisində İran ordusu ilə hərbi əməliyyatlara başlamağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, əməliyyatların hədəfi İran hərbçilərini Suriya ərazisindən çıxarmaqdır. Qalant İranı Yəhudiyəyə, İordan çayının qərb sahilinə və Qəzzaya təsir göstərməkdə ittiham edib.
Qalantın sözlərinə görə, Tehran İsrail sərhədləri yaxınlığında İran ordusunun mövqelərini həddindən artıq möhkəmləndirsə, belə zərurət yaranacaq. O halda Tel-Əviv İran İslam Respublikasının qüvvələrini Suriyadan çıxarana qədər döyüşməyə hazır olacaqdır.
İsrailin Müdafiə naziri deyib: “İsrail nə İrana, nə də Livanın “Hizbullah” təşkilatına İsrail vətəndaşlarına zərər vurmağa imkan verməyəcəkdir”. Qalant İsrailə bütün tərəflərdən təhlükəsizlik təhdidlərinin artdığını söyləyib.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya