İsrail İranın Suriyadakı bazasında dron istehsalı mərkəzinə raket zərbələri endirib

2022-07-22 15:36:00

İsrail İranın Suriyadakı bazasında dron istehsalı mərkəzinə raket zərbələri endirib

İsrail İranın Suriyadakı hərbi bazasının dron istehsalı mərkəzini vurduğunu açıqlayıb. Suriyadakı hərbi mənbələr İsrailin Dəməşq yaxınlığındakı hədəflərə hücumu nəticəsində 3 əsgərin öldüyünü, daha 7-nin isə yaralandığını bildirib.
İsrail mediası bu hücumların hədəfinin Dəməşq ətrafında İrana məxsus dron istehsal mərkəzi və İran qüvvələri ilə Livanın Hizbullah qruplaşmasına mənsub yaraqlıların bazası olduğunu yazıb.
Suriyalı hərbi mənbə, hücumun səhər saatlarında həyata keçirildiyini, İsrail qüvvələrinin Qolan yüksəkliklərindən raket atəşi ilə Dəməşq kənarındakı hədəflərə hücum etdiyini açıqlayıb.
Qeyd edək ki, bu, iyul ayında İsrailin Suriyada yerləşən hərbi bazalarına sayca üçüncü hücumudur.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061455