Saat:16:51
Haqqımızda

İsrail İranı hədələyir: Netanyahu və Tramp Bombardmançı Təyyarənin Kokpitində

2025-12-25 12:44:54

İsrail İranı hədələyir: Netanyahu və Tramp Bombardmançı Təyyarənin Kokpitində

Hurriyyet.az xəbər verir ki, İsrail atəşkəsdən altı ay sonra İrana təəccüblü bir mesaj göndərib. İsrail Baş Nazirinin Ofisi, B-2 bombardmançı təyyarəsinin təsvir olunduğu süni intellekt animasiyasından istifadə edərək Tehran administrasiyasına "Qələbə turumuzun altı ayı" deyib.

İsrail Baş Nazirinin Ofisi B-2 bombardmançı təyyarəsinin təsvir olunduğu süni intellekt videosunu paylaşıb. Animasiyada ABŞ Prezidenti Donald Tramp təyyarənin kabinəsində, İsrail Baş naziri Benyamin Netanyahu isə ikinci pilot kimi göstərilir. Təyyarə yaxınlaşdıqca Netanyahu və Trampın bir-birlərinə baxdıqları, arxa planda dağlıq İran mənzərəsi olduğu görünür. Paylaşımda "Qələbə turumuzun altı ayı" ifadəsi yer alır. Əvvəllər İranda yerləşən sosial media hesablarında onların S-400 hava hücumundan müdafiə sistemləri və yerli olaraq hazırlanmış sistemlərlə B-2 bombardmançı təyyarələrini vurduqlarını göstərən bir animasiya paylaşılmışdı. İsrail hücumlarında İranın hava hücumundan müdafiə sistemlərini hədəfə alaraq nüvə obyektləri və yüksək rütbəli hərbçilər də daxil olmaqla genişmiqyaslı əməliyyatlar həyata keçirdib. ABŞ həmçinin Nətənz, Fordo və İsfahandakı nüvə obyektlərinə B-2 bombardmançı təyyarələri ilə hücum edib və İran da buna cavab olaraq Qətərdəki ABŞ-ın Əl-Udeyd hava bazasını hədəf alıb. ABŞ prezidenti Tramp 24 iyunda İranla İsrail arasında atəşkəs elan edib.

NURAY