Saat:15:28
Haqqımızda

İsrail: İrana zərbələr hədəfinə çatdı

2023-01-31 15:56:00

İsrail: İrana zərbələr hədəfinə çatdı

İsrail bazar günü gecə İrana endirilən zərbələrin qarşıya qoyulan məqsədlərə çatdığına inanır. 

Hurriyyet.az xəbər verir ki, bu barədə The Wall Street Journal öz mənbələrinə istinadən məlumat yayıb. 

Qəzetin mənbələrinin məlumatına görə, hücumu İsrailin xarici kəşfiyyat xidməti "Mossad" həyata keçirib. Hədəf İran Müdafiə Nazirliyinin İsfahanda adı açıqlanmayan silahların istehsal edildiyi obyekt olub. 

Qeyd edək ki, yanvarın 29-na keçən gecə İRNA agentliyi İranın mərkəzi hissəsində yerləşən İsfahan şəhərində güclü partlayışın baş verdiyini bildirib. Daha sonra ölkənin Müdafiə Nazirliyi bəyan edib ki, yanvarın 28-də dronlardan istifadə etməklə idarənin mərkəzlərindən birinə uğursuz hücum edilib. Nazirlikdən verilən məlumata görə, bir PUA vurulub, digər ikisi müdafiə tələlərinə düşüb və partlayıb. Hücum nəticəsində xəsarət alan olmayıb, cüzi maddi ziyan dəyib. Bununla belə, bəyanatda rəsmi Tehranın hücumda kimin əli olduğu barədə mövqeyi açıqlanmayıb. 

İsrail İsfahandakı partlayışlarda əli olduğunu etiraf etməyib. 

Bakupost.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR