İsrail İrana qarşı Amerika ilə birgə "Yaxın Şərq Hava Hücumundan Müdafiə Koalisiyası" yaradır

2022-06-21 12:47:00

İsrail İrana qarşı Amerika ilə birgə

İsrailin müdafiə naziri Beni Qants ölkəsinin Amerika ilə birlikdə İranın mümkün hava hücumlarına qarşı "Yaxın Şərq Hava Hücumundan Müdafiə Koalisiyası"nın təşkil edildiyini deyib.
Qants bu barədə İsrail parlamentinin Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsinin iclasında çıxışı zamanı məlumat verib.
"Ötən aylarda İranla mübarizədə qlobal dəstək ala bilmişik. Biz lazım gəldikdə, İrana qarşı hərbi, habelə siyasi və iqtisadi basqılar tətbiq etməliyik", - deyə İsrail rəsmisi bildirib.
O, sonda gələn ay Amerika prezidenti Co Baydenin İsrailə səfəri zamanı İranla bağlı digər addımların da atılacağına ümid etdiyini vurğulayıb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya