İsrail İrana hücum hazırlığını yüksəldib

2022-12-28 22:55:00

İsrail İrana hücum hazırlığını yüksəldib

İsrailin müdafiə naziri Beni Qantz ölkəsinin İrana hücuma hazırlığını artırdığını bildirib.

Bu barədə “Bloomberg”ə istinadən xəbər veririk.

Qeyd edilir ki, o, hərbçilərin nüvə obyektlərinə zərbə endirməyə hazırlığına toxunub.

Hərbi Hava Qüvvələri əməkdaşlarına diplomların təqdimatı mərasimində danışan Qantz, bir gün pilotların belə bir hücumda iştirak etmək üçün çağırıla biləcəyini söyləyib.

"Siz iki və ya üç ildən sonra şərqdə səmanı keçə və son illərdə hazırlığı əhəmiyyətli dərəcədə artırarkən İranın nüvə obyektlərinə hazırlaşdığımız hücumda iştirak edə bilərsiniz", - Qantz deyib. \\Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.142956