Saat:22:57
Haqqımızda

İsrail İrana hücum etməyə hazırlaşır?

2025-12-21 22:46:21

İsrail İrana hücum etməyə hazırlaşır?

Hurriyyet.az xəbər verir ki, İsrail Baş naziri Netanyahunun 29 dekabrda ABŞ-da Prezident Donald Trampla görüşməsi gözlənilsə də, ABŞ mətbuatı təəccüblü bir iddia irəli sürüb. NBC “News”-un məlumatına görə, Netanyahu Trampa "İrana qarşı yeni bir hücum planı" təqdim edəcək. O, həmçinin bu hücum üçün ABŞ-dan dəstək istəyəcək.

NBC “News”-un məlumatına görə, Təl-Əviv administrasiyası İranın raket proqramını genişləndirməsindən və ötən ilin iyun ayında hücuma məruz qalan nüvə obyektlərini təmir etməsindən narahatdır. Bu vəziyyət hətta İsrail üçün "prioritet təhdid" hesab olunur.

Buna görə də, İsrail Baş naziri Netanyahu görüşü zamanı Trampa bu narahatlıqlarını bildirəcək və İrana qarşı yeni bir hücum planlarını təqdim edəcək.

Məsələ ilə tanış mənbələr həmçinin İsrailin İrana hücum üçün Vaşinqtondan dəstək alacağını göstərir. Çünki Təl-Əviv hökuməti İranın raketlər hazırlaması və nüvə obyektlərinin təmirinin təkcə İsrail üçün deyil, həm də ABŞ üçün təhlükə yaratdığına inanır.

NURAY