Saat:11:28
Haqqımızda

İsrail İrana hücum etdi! Təbrizi vurdu! Generallar və alimlər öldürüldü

2025-06-13 08:45:29

İsrail İrana hücum etdi! Təbrizi vurdu! Generallar və alimlər öldürüldü

Hurriyyet.az xəbər verir ki, İsrail İrana, o cümlədən paytaxt Tehran şəhərinə aviazərbələr endirib. Hərbi rəhbərlər və nüvə fizikası alimləri öldürülüb. 

İsrail ordusu gecə saatlarında İranın nüvə və hərbi obyektlərinə zərbələr endirib.

Zərər görən şəhərlər arasında Qeytariyyə, Tehran, Təbriz, Niavaran, Qərbi Tehran və Çitqar, Şərqi Tehran və Mehrabad kimi əyalətlər var.

İsrailin İranın müxtəlif ərazilərinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami həlak olublar.
“SEPAH” öz növbəsində bəyanat yayaraq baş komandanının öldüyünü təsdiqləyib.
İran İslam Respublikasının ali dini rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şəmxani İsrailin zərbəsi nəticəsində ağır yaralanıb.
IRNA agentliyinin məlumatına görə, İsrailin hücumu nəticəsində Natanzedə uranın zənginləşdirilməsi obyektində partlayış baş verib. 
İsrail İranın İraqla sərhədin yaxınlığında yerləşən Kirmanşah şəhərindəki raket bazasına da hücumlar edib.
"Tasnim" agentliyinin məlumatına görə, nüvə proqramında iştirak edən altı alim həyatını itirib. 
Zərbələr nəticəsində İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firidun Abbasi, İslami Azad Universitetinin prezidenti Məhəmməd Mehdi Tehrançı, Əbdülrəhim Mənuçöhr, Əhmədrza Zülfüqari, Seyid Əmirhüseyn Fəqihi, Mətləbi-Zadə həlak olublar.

ISNA agentliyinin məlumatına görə, Təbrizin Səidabad ərazisindəki Şəhid Kərimi kazarması, Əmənddəki Əl-Zəhra kazarması və Sərduddakı radar mərkəzi İsrailin hədəfinə çevrilib. Hücum nəticəsində 2 nəfərin öldüyü, 6 nəfərin yaralandığı bildirilir.
İranın dövlət televiziyası IRIB telekanalının məlumatına görə, İsrail İranın Təbriz şəhərindəki neft emalı zavodunu vurub. Zavod işçilərinin xəsarət alıb-almadığı barədə məlumat verilmir.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.374553