Saat:11:49
Haqqımızda

İsrail İrana hücum edə bilər - Baş nazirdən TƏHLÜKƏLİ açıqlama

2022-01-28 21:23:00

İsrail İrana hücum edə bilər - Baş nazirdən TƏHLÜKƏLİ açıqlama

İsrailin Baş naziri Naftali Bennet bildirib ki, İranla 4+1 ölkələri arasında atom anlaşması canlandırılsa belə, ölkəsinin onun şərtlərinə əməl etmək öhdəliyi ölmayacaq. 

O, İsrailin özünü müdafiə edəcəyini və fəaliyyət azadlığını qoruyacağını deyib.
N.Bennet ölkəsinin keçmişdə səhv edərək oktapodun başının Tehranda olduğu halda, İsrail ətrafında olan ayaqlarını kəsməklə məşğul olduğunu qeyd edib. O, artıq Tehranda oktapodun başına hücum etmək məqsədinin olduğunu vurğulayıb.  

N.Bennet, həmçinin ölkəsinin Amerika və beynəlxalq birliyin İrana qarşı sanksiyaların yumşaldılmasına qarşı olduğunu bildirib. \\Bizim.Media

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR