Saat:04:48
Haqqımızda

"İsrail İrana cavab verəcək və beləcə, çoxdandır istədiyi bəzi düymələrə basacaq" - ZAUR MƏMMƏDOV

2024-04-17 11:09:14

"Unutmamalıyıq ki, qlobal mərkəzlər həm İranın, həm də İsrailin mövcudluğunda və regional tərəzi olmalarında maraqlıdırlar"

"İran və İsrail arasında baş verənlər Yaxın Şərqdəki regional siyasətə bir qədər düzəlişlər edilməsilə nəticələcək. Əgər indiyə qədər İsrail və İran bir-birindən istifadə edərək öz siyasi mövqelərini tərəfdaşları yanında gücləndirirdilərsə, son baş verənlər Tel-Aviv və Tehranın dəyişikliklərə məhkum olmasını göstərir". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.

Bakı Politoloqlar Klubunun rəhbərinin fikrincə, istisna deyil ki, İsrail İrana cavab verəcək və beləcə, çoxdandır istədiyi bəzi düymələrə basacaq: "Baş verənlər fonunda İsrail ya irəliyə doğru hərəkət edəcək, ya da hazırda olan şansını itirmiş olacaq. Amma unutmamalıyıq ki, qlobal mərkəzlər həm İranın, həm də İsrailin mövcudluğunda və regional tərəzi olmalarında maraqlıdırlar".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.271949