Saat:07:12
Haqqımızda

İsrail İran səfirliyini bombaladı - SEPAH generalı öldü

2024-04-01 20:08:28

İsrail İran səfirliyini bombaladı - SEPAH generalı öldü

İsrail Suriyanın paytaxtı Dəməşq şəhərinə ağır aviazərbələr endirib.

Suriya paytaxtının Mezze bölgəsinə endirilən hava zərbəsi nəticəsində İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan qüvvələrinin generalı və komandanı Məhəmməd Rza Zahedi ölüb.

"Al Hadath" kanalının məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki səfirliyini hədəfə alıb. Zərbələr zamanı azı 8 nəfər həlak olub.

Suriyanın dövlət xəbər agentliyi isə bildirir ki, İran səfirliyinin binası tamamilə dağılıb. Zərbə zamanı binada olanların hamısı həlak olub.

Məlumata görə, İran səfiri xəsarət almayıb. \\Modern.az 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.187030