Saat:16:47
Haqqımızda

"İsrail ilə münaqişə istəmirik"

2025-10-14 13:36:01

Hurriyyet.az xəbər verir ki, Suriya prezidenti Əhməd Əl-Şaraa "CBS News" telekanalının “60 dəqiqə” verilişinə müsahibəsində Suriyanın sülh və təhlükəsizliyə layiq olduğunu bildirib. Prezident müharibədən zərər çəkmiş regionun bərpası üçün 600-900 milyard dollar arasında vəsaitin və beynəlxalq ictimaiyyətin böyük dəstəyinin lazım olduğunu bildirib.
Əl-Şara iqtisadi sanksiyaların  yenidənqurmaya mane olduğunu qeyd edib. O, Suriyanın suverenliyinə hörmət çərçivəsində beynəlxalq əməkdaşlığa hazır olduğunu söyləyib.
Əl-Şaraa İsrailin prezident sarayına hücumunun “müharibə elanı” olduğunu, lakin Dəməşqin münaqişə istəmədiyini bildirib: "Biz Dəməşqə gəlişimizdən bəri İsrailə qarşı təxribat etməmişik və nə ona, nə də başqa bir ölkəyə təhlükə törədilməsini istəmirik" Suriya Prezidenti  İsrailin 8 dekabr 2024-cü ildən sonra işğal etdiyi bütün ərazilərdən çıxmalı olduğunu bəyan edib. Əl-Şaraa İsrailin druzları qorumaq tələblərini rədd edərək, bunun "Suriyanın daxili işi" olduğunu vurğulayıb.
Hürr Tərcüman