
İsrail hədəfdədir? "Putinin adamı" Fələstin təmsilçiləri ilə danışıqlar aparır

HƏMAS təmsilçilərinin səfəri başa çatdı, Moskva FƏTH və FAT liderlərinin yolunu gözləyir
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, FƏTH (Hərəkat əl-Tahrir əl-Vətəni əl-Fələstini, Fələstin Milli Qurtuluş Hərəkatı) və FAT (Fələstin Azadlıq Təşkilatı) hərəkatının liderlərinin yaxın zamanda Moskvaya səfər edəcəyi gözlənilir.
Bu barədə açıqlamanı Rusiya Prezidentinin xüsusi nümayəndəsi, XİN rəhbərinin müavini Mixail Boqdanov verib.
Boqdanov dünən – 5 may tarixində nazirlikdə HƏMAS təşkilatının nümayəndə heyəti ilə görüşüb.
Putinin xüsusi nümayəndəsi deyib: “Yaxın günlərdə Fələstinin müxtəlif təşkilatlarından olan dostlarımızın, o cümlədən, FƏTH və Fələstin Azadlıq Təşkilatının rəhbərlərinin ölkəmizə səfəri gözlənilir”.
Hürr Tərcüman

Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya