Saat:16:59
Haqqımızda

İsrail F-35 təyyarələrini havaya QALDIRIR: Dağıdıcı hücumun ilk dalğası GƏLİR - TƏCİLİ

2024-04-15 23:10:02

İsrail F-35 təyyarələrini havaya QALDIRIR: Dağıdıcı hücumun ilk dalğası GƏLİR - TƏCİLİ

Aprelin 1-də İsrail tərəfindən İranın Dəməşqdəki Səfirlik binasına bitişik Konsulluq binası bombalandı. Bu bombardman nəticəsində İnqilab Keşikçilərinin Qüds Korpusuna bağlı yüksək çinli hərbçilərdən general Məhəmməd Rıza Zahidi və digər 7-si həlak olub. Bu hücumdan təxminən iki həftə keçdikdən sonra, keçdiyimiz gün İran İsrailə qarşı, əsasən, kamikadze dronlar və raketlərdən istifadə edərək birbaşa öz ərazisindən hücum başladaraq qarşılıq verdi.

Orta şərq regionunda İsrail-İran qarşıdurması bir-başa aktiv fazaya keçid edib. Aprelin 13-də baş verən hücumdan sonra, İsrail tərəfi ölənlər barədə xəbər verməyib. ABC telekanalının məlumatına görə, İran 400-500 pilotsuz uçan qurğu və 150 raketlə İsrailə hücum həyata keçirib. Al-Arabiya-nın məlumatına görə, isə pilotsuzlar İranın qərb vilayətlərindən və eləcə də Kirmanşahdan atılıb. Həmçinin hücumda Yəmən hüsiləri və "Hizbullah" qruplaşması da iştirak edib.

Bəs İsrail yaxın günlərdə İranın hücumuna cavab verəcəkmi?

Məsələ ilə bağlı danışan politoloq Qabil Hüseynli Referans.Az-a bildirib ki, yaxın günlərdə İsrail İranın hücumuna cavab verəcək:

“İran-İsrail münasibətləri gərginləşəcək. İran İsrail ərazisinə 35-dən çox balistik raket atıb. Düzdür, o raketlərin 99 faizi göydə zərərsizləşdirildi, amma yenə də İran ölkəyə hücum edən tərəf kimi məsuliyyət daşıyır. Buna görə də İsrail mütləq cavab rekasiyasına hazırlanır. Hökumət üzvlərinin çoxu bununla razı olmasa da, Netanyahu F-35 tipli təyyarələrdən istifadə etməklə İranın nüvə tədqiqatları mərkəzini bombardaman etmək istəyir və hətta bunu yaxın günlərdə edəcək”.

Politoloq qeyd edib ki, hələki İsrail tərəfindən qəti qərar qəbul edilməsə də, yaxın günlərdə hücumun reallaşacağı gözlənilir.

Onun sözlərinə görə, kimin günahkar, kimin isə cavabdeh olduğunu söyləmək çətindir, amma mövcud vəziyyətə əsasən deyə bilərik ki, yaxın şərqi bir-birinə qarşı qoyan İrandır: “İranın yeritdiyi siyasət, terrorçuları müdafiə etməsi, HƏMAS-ın timsalında İsrailə hücum etməsi və s. bunlar hamısı bölgəni gərginləşdirən amillərdəndir. İsrail hərbi baxımdan çox inkişaf etmiş bir dövlətdir. Xüsusən də raket silahları baxımından İsrail ən qabaqcıl ölkələrdən sayılır”.

Qabil Hüseynli əlavə edib ki, İran son dərəcə inkişaf etmiş hərbi bazaya malik deyil. Son döyüşlər də sübut etdi ki, İran orta səviyyəli dövlətlərdən biri olaraq qalır. İsrail isə hər an hətta ABŞ-ın dəstəyi olmadan hücuma keçərək İranı çox ağır vəziyyətə sala bilər.

Aqil Qarayev

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.189624