Saat:06:42
Haqqımızda

İsrail Dəməşq yaxınlığındakı İran qərargahını vurdu

2024-01-29 16:45:53

İsrail Dəməşq yaxınlığındakı İran qərargahını vurdu

Hurriyyet.az xəbər verir ki, İsrailin Hərbi Hava Qüvvələri Suriyanın Dəməşq əyalətinin Seyyidə Zeynəb qəsəbəsinə hücum ediblər. "Əl Hədəs" telekanalının məlumatına görə, Seyyidə Zeynəb məqbərəsinin olduğu qəsəbədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds qüvvələrinin müşavirlərinin qərargahı yerləşir. 
Telekanalın məlumatına görə, hərbi obyektə 3 raket atılıb. Həmçinin, Suriya ordusunun tərəfində savaşan şiə döyüşçülərinin Dəməşdən cənubda, Əqrəba rayonunda yerləşən qərargahı hücuma məruz qalıb. 
"Tasnim" agentliyi zərbələrin nəticəsində 2 nəfərin həlak olduğunu, bir neçə nəfərin yaralandığını xəbər verib.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.218226