İsrail: “Biz İranla nüvə sazişinə əməl etməyəcəyik”

2022-08-23 14:46:00

İsrail: “Biz İranla nüvə sazişinə əməl etməyəcəyik”

İsrailin baş naziri deyib ki, o, İranla nüvə sözdələşməsinə əməl etməyəcək və Tehranın nüvə qabiliyyətinə nail olmasının qarşısını almaq üçün hər şeyi edəcək.
Yair Lapid Fransa prezidenti Emmanuel Makronla telefon danışığında İranın nüvə danışıqlarına diqqət çəkərək bildirib: “Biz İranla nüvə danışıqları nəticəsində əldə olunacaq razılaşmaya əməl etməyəcəyik”.
İranın nüvə razılaşmasına qayıtmasının və Tehrana daha çox güzəştə getməsinin əleyhinə olduqlarını vurğulayan Lapid əlavə edib: “İranlılar nüvə danışıqlarına yeni “qəbul et, ya da get” təklifi ilə yaxınlaşır. Onlar nüvə anlaşmasına yeni maddələr əlavə etməyə çalışırlar”.
Onun sözlərinə görə, bu yeni saziş İranın terror şəbəkəsinə daha güclü sərmayə qoymasına və ordusunu möhkəmləndirməsinə yol açır.
Danışıqlar zamanı Fransa prezidenti Makron da İranın nüvə silahına sahib olmasının qarşısını almaq öhdəliyini vurğulayıb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061680