İsrail baş naziri Naftali Bennet: Türkiyədə İranın bir neçə terror aktının qarşısını aldıq

2022-06-21 12:52:00

İsrail baş naziri Naftali Bennet: Türkiyədə İranın bir neçə terror aktının qarşısını aldıq

İsrailin baş naziri Naftali Bennet bildirib ki, onun ölkəsi və Türkiyə indiyədək İran İslam Respublikasının İsrail vətəndaşlarına qarşı bir neçə terror hücumunun qarşısını alıb. O, bu barədə bazar ertəsi açıqlama verib.
“Türkiyə təhlükəsizlik qüvvələri ilə əməliyyat səyləri öz bəhrəsini verdi. Son günlərdə İsrail-Türkiyə birgə səyləri nəticəsində biz bir sıra terror cəhdlərinin qarşısını aldıq və çox sayda terrorçu Türkiyə ərazisində həbs olundu”, - Baş nazir qeyd edib.
Bennet Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göstərdiyi səylərə görə təşəkkür edib və israillilərə və yəhudilərə qarşı İranın səylərinin qarşısının alınması ilə bağlı birgə işlərin davam etdirildiyini vurğulayıb.
Qeyd edək ki, Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinə qarşı əməliyyat keçirib və  israilli turistlərə qarşı terror aktları törətmək istəyən İrana bağlı şəxsləri yaxalayıb.
Türkiyənin 18 şəhərində eyni vaxtda keçirilən əməliyyat nəticəsində SEPAH-ın Qüds qanadının bir çox üzvü həbs olunub. 

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya