İsrail Avropadan kömək istədi
2025-04-30 17:46:55
Hurriyyet.az xəbər verir ki, İsrail hökuməti Qüds yaxınlığındakı meşə yanğınlarının söndürülməsi üçün bir sıra Avropa ölkələrinə müraciət edib. Bu barədə "Yent" portalı məlumat verib.
Məlumatda deyilir: "İsrail yanğınların söndürülməsi üçün azı beş ölkəyə - Kipr, Yunanıstan, Xorvatiya, Bolqarıstan və İtaliyaya müraciət edib".
Portalın məlumatına görə, yanğınların söndürülməsi üçün 10 təyyarə, 119 briqada cəlb edilib. Yanğınların səbəbinin havaların həddən artıq isti keçməsinin olduğu bildirilir.
Hürr Tərcüman
