Saat:08:25
Haqqımızda

İspaniyada ev sahibi Arda Turanı səliqəsizliyə görə məhkəməyə verdi

2024-04-16 00:17:52

İspaniyada ev sahibi Arda Turanı səliqəsizliyə görə məhkəməyə verdi

Türkiyə millisinin sabiq futbolçusu Arda Turan məhkəməyə verilib.

Hurriyyet.Az Qaynarinfo-ya istinadla xəbər verir ki, İspaniyada "Atletiko” və "Barselona”da oynamış futbolçunu Barselonadakı bir malikanə sahibi məhkəməyə verib.

"Barselona”da oynayarkən, Kataloniyanın paytaxtında kirayə götürdüyü bir evin sahibi futbolçunun ona 230 min avro ziyan vurduğunu iddia edib. "El Periódico de España”ya danışan dəbdəbəli villa sahibi Ardanın onun evinə yaxşı baxmadığını deyib. Hətta bununla bağlı əlində ekspert rəyi olduğunu deyən şəxs, futbolçunun evdə olmadığı vaxtlarda onun dostlarının çılğın məclislər təşkil etdiyini və nəticədə çox ziyan vurduğunu bildirib. O, hətta cinsi münasibətlər zamanı pərdələrdən yelləncək kimi istifadə olunduğunu deyib. İddia ilə bağlı sənədlər artıq Barselona məhkəməsinə təqdim olunub.

Sözügedən villa Barselonaya yaxın olan Espluqes de Lobreqat bölgəsində yerləşir və 18 milyon avro dəyərində qiymətləndirilir. Ev sahibi açıqlamasında, "Arda Turan evdə olanda da vəziyyət adi deyildi. Hər yerdə, hətta mebeldə belə siqaret yanığının izi var. Futbola baxarkən, qol vurulan zaman televizorun pultunu yerə atırdılar. Hovuza vurduqları ziyan isə min avroya yaxındır” - sözlərini söyləyib. Sözügedən şəxs hətta kirayəçilərin bioloji qalıqlarını aradan qaldırmaq üçün dağ evini dezinfeksiya etdiyini də şikayətində bildirib.

Arda Turan 2011-2015-ci illərdə "Atletiko”, 2015 və 2018-ci illərdə isə "Barselona”nın formasını geyinib. O, "Barsa”da oynadığı müddətdə "Başakşehir”ə icarəyə də verilib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.207522