İspaniya Ukraynaya 20 zirehli transportyor göndərəcək

2023-02-02 09:28:00

İspaniya Ukraynaya 20 zirehli transportyor göndərəcək

İspaniya gələn bazar ertəsi Ukraynaya Amerika istehsalı olan "20 M-113" zirehli transportyoru göndərəcək. Bu barədə "Europa Press" xəbər verir.
Bu planlar barədə ölkənin müdafiə naziri Marqarita Robles ötən həftə Latviyaya səfəri zamanı danışıb. Zirehli texnikalar Ukrayna ordusuna Rusiyanın hücumuna qarşı kömək paketi çərçivəsində göndəriləcək.
Madrid də Kiyevə 4-dən 6-ya qədər tank vermək niyyətindədir. İspaniyada bu döyüş maşınlarının böyük parkı olsa da, onların əksəriyyətinin ilkin təmirə ehtiyacı var.
KİV-lər xəbər verir ki, Santa Barbara kompaniyası artıq 10 ildən çox Saraqosada istifadə edilən "Leopard 2A4" döyüş tanklarının bərpası üzərində işləyir.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000487