İspaniya Rusiya qazının ikinci ən böyük istehlakçısına çevrilib

2023-09-08 23:58:30

İspaniya Rusiya qazının ikinci ən böyük istehlakçısına çevrilib

İspaniya Rusiyanın təbii qazından daha çox asılı vəziyyətə düşüb, onun iyuldakı tədarükü keçən illə müqayisədə 65% artıb.

Bu barədə İspaniyanın Energetika və Ətraf Mühit Nazirliyinin bölməsindən bildiriblər.

Qeyd olunur ki, İspaniya bu ilin iyul ayında ötən ilin analoji dövrü ilə müqayisədə 14% az qaz idxal etsə də, Rusiyadan idxalın iyul göstəricisində kəskin artım (65%) baş verib.

Nəticədə, Rusiya qazının ümumi idxalda payı (İspaniya tamamilə xarici qaza bel bağlayır) iyulda 28%-ə yüksəlib. Halbuki 2022-ci ilin eyni ayında bu göstərici 14,5% idi. \\Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.139882