Saat:08:45
Haqqımızda

İsmayıllıda rayon rəhbərliyi tənqidi normal qarşıladı - Artıq problemlər həll olunur - Foto

2021-08-02 09:41:00

İsmayıllıda rayon rəhbərliyi tənqidi normal qarşıladı - Artıq problemlər həll olunur - Foto

Azinfo.tv olaraq rayon ərazisində mövcud olan bir neçə problemi işıqlandırmış və həll olunmasının vacibliyini vurğulamışdıq.
Bu sırada rayon mərkəzində yerləşən fəvvarələr bağında su hovuzunun natəmizlik və su matorlarının işləməməsi nəticəsində yaranmış antisanitar vəziyyət barədə açıqlama vermişdik.
Rayon rəhbərliyi tənqidi normal qarşıladı və həmin ərazidə əsaslı təmir işləri həyata keçirildi. Hazırda qeyd edilən ərazidə bütün su nasosları dəyişdirilərək yenisi ilə əvəzlənib. Həmin ərazi necə arzu olunursa, elə vəziyyətə gətirilib.
Bu arada informasiya daxil oldu ki, İvanovka, Uştal, Soltankənd, Qalagah, Hacıhətəmli, Mollaisaqlı kəndlərinə gedən avtomobil yolu yenidən təmir olunur.
Azinfo.tv, Kendtv.info saytları adından rayon icra hakimiyyətinin başçısı cənab Nahid Bağırova və bu işdə əməyi olan hər bir kəsə dərin minnətdarlığımızı bildiririk.
Bildirmək istəyirik ki, İsmayıllı rayonunda rəhbərliyi həyata keçirən şəxslər başda Nahid Bağırov cənabları olmaqla hər biri həm fiziki, həm əqli və yaradıcılıq baxımından tam sağlam və yararlı şəxslərdir və eyni zamanda bu siyasi komandanın potoloji imkanları genişdir.
Elə isə nədən daha gözəl işlər görülməsin? Haydı irəli.
KİV olaraq rayonun inkişafı üçün həyata keçirilən istənilən tədbirin işıqlandırılmasına hazır olduğumuzu bəyan edirik. Bu işdə hər kəsə müvəffəqiyyətlər arzulayırıq.

Elçin İsmayıllı.


İsmayıllıda rayon rəhbərliyi tənqidi normal qarşıladı - Artıq problemlər həll olunur - Foto
İsmayıllıda rayon rəhbərliyi tənqidi normal qarşıladı - Artıq problemlər həll olunur - Foto
İsmayıllıda rayon rəhbərliyi tənqidi normal qarşıladı - Artıq problemlər həll olunur - Foto

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR