İşləmədiyi cinayətə görə cəzalandırıldı- Şəmkir rayonu sakinindən şok iddia!

2022-04-26 16:40:00

İşləmədiyi cinayətə görə cəzalandırıldı- Şəmkir rayonu sakinindən şok iddia!

"Hürriyyət”in redaksiyasına müraciət edən 1993-cü ilin 13 yanvarında Şəmkir rayonunun Dəllər qəsəbəsində anadan olan Tağıyev Həsən Müzəffər oğlu  bildirir ki, 2017-ci ildə yaşadığı qəsəbədəki evlərdən biri qarət olunduğundan o, bir neçə qəsəbə sakini ilə birgə  şübhəli  şəxs qismində dindirilmək üçün polis bölməsinə dəvət olunub. Həsən Tağıyevin qarət hadisəsinə aidiyyatı sübuta yetirilmədiyindən  izahatı alınandan sonra  sərbəst buraxılıb. 

Amma 5 il sonra, yənu bu ilin aprel ayında  yaxın qohumlarına baş çəkmək üçün Türkiyə Cümhuriyyətinə səfər etmək istəyən Həsən Tağıyev hava limanında saxlanılıb, onun ölkədən çıxışına qadağa qoyulduğu bildirilib.

Məsələyə aydınlıq gətirmək məqsədi lə Şəmkir Rayon Polis Şöbəsinə  üz tutan  şikayətçiyə deyiblər ki, 5 il əvvəl bölməyə çağırıldığı üçün ölkədən çıxışına qadağa qoyulub. Eşitdiyi absurd izahatdan çaş-baş qalan  Həsən Tağıyevin: “Bu necə ola bilər axı? 5 il əvvəl  günahsız olduğum sübuta yetirildi, sərbəst buraxıldım. Əgər cinayət işləmişdimsə, nədən azadlıqdayam, yox əgər günahsızamsa, nədən ölkədən çıxışılma qadağa qoyulub?”,- suallarına Şəmkir Rayon Polis Söbəsinin  əməliyyatçı: ”Hörmət elə, problemi həll edək”,-cavabını verib.

Yaranmış vəziyyətə aydınlıq gətirmək üçün DİN-lə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı. Nazirlik sözçüçü telefon zənglərimizə, yazılı müraciətimizə cavab vermədi.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya