İslamiada: Azərbaycanı cüdoda 14 idmançı təmsil edəcək

2022-08-04 19:57:00

İslamiada: Azərbaycanı cüdoda 14 idmançı təmsil edəcək

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycanın kişi və qadın cüdoçulardan ibarət milli komandasının heyəti bilinib.

Hurriyyet.az Azərbaycan Cüdo Federasiyasının sosial şəbəkə hesabına istinadən xəbər verir ki, 8 avqustda İslamiadada iştirak üçün böyüklərdən ibarət kişi və qadın milli yığma komandasının hər birindən 7 idmançı Türkiyəyə yola düşəcək.

Onlar 15-16 avqustda fərdi, 17 avqustda isə komanda yarışında iştirak edəcəklər. Kişilər İslamiadaya məşqçi Zaur Babayevin, qadınlar baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında hazırlaşıblar.

Kişilər

Balabəy Ağayev (60 kq), İbrahim Əliyev (66 kq), Nəriman Mirzəyev, Telman Vəliyev (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Elmar Qasımov (100 kq), İmran Yusifov (+100 kq).

Qadınlar

Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Səbinə Əliyeva (57 kq), Nərgiz Hacıyeva (63 kq), Günel Həsənli, Südabə Ağayeva (hər ikisi 70 kq).

Hazırda kişi cüdo millisinın Bakıda təlim-məşq toplanışı davam edir. 27 iyulda başlayan hazırlıq prosesi 5 avqusta qədər davam edəcək.

Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli, ACF Prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu və performans direktoru Mark van der Ham milli yığmanın təlim-məşq toplanışını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıb, cüdoçulara yarışda müvəffəqiyyətlər arzu ediblər.\\Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000092