Saat:21:04
Haqqımızda

İslama lağ edənlərin sonu - VİDEO

2022-05-23 22:11:00

İslama lağ edənlərin sonu - VİDEO

Müqəddəs kitabımız olan Qurani Kərimdə bizə bizdən çox-çox əvvəllər başlamış və Qiyamət Gününə qədər davam edəcək bir məsələ barəsində məlumat verilir.

Allahı və Axirəti inkar edənlər tərəfindən Ona iman gətirənlərə qarşı hər zaman edilən zülm və bir növ həddi aşmadır.

Uca Allah buyurur: “And olsun ki, səndən əvvəlki elçilərə də istehza edilmişdi. Amma istehza edənləri, məsxərəyə qoyduqları şey hər tərəfdən bürüdü.” (Ənam 10) Bu cür xəbərlərə Qurani Kərimdə rast gəlmək çətin deyil.

Bəli, bu istehzadır.

Son zamanlar bu mövzu, təəssüf ki, ölkəmizdə də gündəmə gəlmişdir. Bu, özlərini cəmiyyətə dırnaqarası məşhurlar kimi təqdim edən bəzi şəxslər tərəfindən ortaya atılıb. Onlar İslam dini, onun şüarları və Allahın ayələri ilə istehza edilən videolar çəkir və paylaşırlar. Az qalır ki, bunu xurafata qarşı inqilab adlandırsınlar. Necə deyərlər, qaş düzəldən yerdə vurub gözü də çıxarırlar. İndi baxaq İslam dinində müsəlmanlara hər hansı bir şeylə istehza etmək qadağandır, yoxsa özünü təlxək yerinə qoyub ağzına gələni danışmaq da olar?

 

AZİNFORM.AZ

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR