Saat:15:05
Haqqımızda

"İşığın, qazın, suyun qiyməti endirilsin, bütün limitlər ləğv edilsin!" - ELŞAD MUSAYEV

2021-10-15 12:31:00

"Qalib xalq məğlub, zəlil, yazıq gününə salına bilməz, hökumət bu problemi həll etməlidir, əks halda görəvi təhvil verməlidir"

"İşığın, qazın, suyun qiyməti endirilsin, bütün limitlər ləğv edilsin! Xalqımızın istəyi və Zəfər Gününə ən yaxşı hədiyyə budur". Hurriyyet.az xəbər verir ki, bu fikirlər Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevə məxsusdur.

Partiya sədri qeyd edib ki, həm də reallıqllar və vətəndaşlarımızın maddi durumu bunu tələb edir: ""Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu mühəndis istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi"- Zəfər Gününün təsis edilməsi ilə bağlı sərəncamda belə deyilir. Əlavə edək ki, həm də bütövlükdə xalqımızın qələbə qazanmağımızda böyük rolu oldu. Ermənilərin mühəndis istehkam sistemlərini yarıb keçdik. Amma nə əsgər-zabitlərimiz, nə də bütövlükdə xalq olaraq biz, hökumətin yaratdığı qaz, su, işıq, bahalaşma kimi istehkam sistemlərini, insanların dizini yerə gətirən limit problemlemini keçə bilirik".

Artıq qışın yaxınlaşdığını, xeyli sayda aztəminatlı ailələrin olduğunu vurğulayan Elşad Musayevin sözlərinə görə, insanlarımız fəryad edir ki, aldığımız pul kommunal xərclərə çatmır: "Qalib xalq məğlub, zəlil, yazıq gününə salına bilməz. Hökumət bu problemi həll etməlidir, əks halda görəvi təhvil verməlidir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR