Saat:15:05
Haqqımızda

İŞİD-in əsas adamı İstanbulda həbs edildi: Diri ələ keçirilən ilk İŞİD lideri...

2022-05-26 22:59:00

İŞİD-in əsas adamı İstanbulda həbs edildi: Diri ələ keçirilən ilk İŞİD lideri...

Məlumat təsdiqini taparsa, bu, diri ələ keçirilən ilk İŞİD lideri olacaq.

Türkiyənin OdaTV xəbər saytının məlumatına görə, İŞİD- in yeni lideri Əbu- Həsən əl- Həşimi əl- Kureyşi İstanbuldakı gizli mənzilində olarkən həbs edilib.

Türkiyə jurnalistlərinin məlumatına görə, əl-Kureyşi ötən həftə polisin terrorizmlə mübarizə üzrə xüsusi bölməsi və kəşfiyyat qurumlarının birgə əməliyyatı nəticəsində saxlanılıb.

Türkiyə prezidemti Ərdoğan bu barədə məlumatlandırılıb və yaxın zamanlarda bunu elan edəcək.

Həmin mənbələrin məlumatına görə, əl- Kureyşi uzun müddət izləmələrdən sonra saxlanılıb.

Məlumatda deyilir ki, əməliyyat qansız, atəşsiz aparılıb və zərərçəkən olmayıb.

Türkiyə saytının məlumatı həqiqətə uyğundursa, o zaman bu, İŞİD- in diri  saxlanılan ilk lideri olacaq. Məsələn, həm abu- Bəkr, həm əl- Bağdadi, həm əbu- İbrahim əl- Həşimi rəsmi versiyalara görə Amerikanın xüsusi təyinatlıları ilə döyüşdə bellərində olan partlayıcını işə salaraq həlak olublar.

Diri tutulan terrorçu çox vacib informasiyaya malik ola bilər.

Əbu- Həsən əl- Həşimi əl- Kurayşi bir neçə ay öncə terrorçu təşkilatın lideri olub. 2022- ci il fevralın 3- də ABŞ hakimiyyəti rəsmi olaraq onun sələfinin saxlanılmasına cəhd zamanı ölümü barədə məlumat verib.

Təşkilatın özü bunu rəsmən etiraf edib və martın ortalarında yeni rəhbər barədə məlumat yayıb.//Moderator.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR