Saat:07:10
Haqqımızda

İŞİD ÇL-in oyunlarında terror aktı törədəcək: Hökumət təcili iclas çağırdı

2024-04-09 15:56:36

İŞİD ÇL-in oyunlarında terror aktı törədəcək: Hökumət təcili iclas çağırdı

İŞİD UEFA Çempionlar Liqasının (ÇL) bu həftə keçiriləcək 1/4 final oyunlarında terror aktı törədə bilər.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Bildirilir ki, İŞİD qitənin bir nömrəli klub turnirinin oyunlarında terror aktı törətməkdə hədələyib. Buna görə bu gün İspaniya hökumət komissiyasının təcili iclası keçiriləcək. Toplantıda əlavə təhlükəsizlik tədbirləri ilə bağlı qərar veriləcək.

Qeyd edək ki, bu gün ÇL-in 1/4 final mərhələsinin “Real” – “Mançester Siti” matçı Madriddə və “Arsenal” – “Bayern” görüşü isə Londonda keçiriləcək. Bundan əlavə, sabah "Atletiko" - "Borussiya Dortmund" qarşılaşması İspaniya paytaxtında və PSJ - "Barselona" oyunu isə Parisdə baş tutacaq.

publika.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000089