İşgəncə iddiaları ilə bağlı Baş Prokurordan açıqlama

2022-11-24 17:26:00

İşgəncə iddiaları ilə bağlı Baş Prokurordan açıqlama

Baş Prokuror Kamran Əliyev saxlanılan şəxslərə işgəncə verilməsi barədə iddialara münasibət bildirib.

Hurriyyet.az APA-ya istinadla xəbər verir ki, Baş Prokuror Elmi Məsləhət Şurasının iclasında bildirib ki, işgəncə faktları ilə bağlı əsasən təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı ifadə verir: "Adətən narkotik işlərində saxlanılan şəxslər saxlanılan və istintaq dövründə işgəncələr aldığı ilə bağlı ifadələr verir. Bu məsələlərdə prokurorluq orqanları çox diqqətli olmalıdır. Çünki bəzən təqsirləndirilən şəxslər məsuliyyətdən özünü kənarda saxlamaq niyyəti ilə bu yola əl atırlar. Bu məsələlər çox ciddi şəkildə araşdırılmalıdır".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.172504