Saat:18:13
Haqqımızda

İşğaldan azad olunmuş ərazilərə 16 milyard manat xərclənəcək

2025-04-15 20:44:57

İşğaldan azad olunmuş ərazilərə 16 milyard manat xərclənəcək

İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclərin (Böyük qayıdış I planının layihəsi) 2026-2029-cu illərdə 16 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bunun da əsaslı xərclərdə xüsusi çəkisi 30,6 faizdir.

Bu barədə Hurriyyet.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, ortamüddətli dövrdə dövlət büdcəsinin əsaslı xərclərinin mühüm hissəsini Böyük Qayıdış Proqramının icrası və ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi təşkil edir.

Xatırladaq ki, ümumilikdə 2020-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,3 milyard manat vəsait ayrılmışdır, 2025-ci ildə bu məqsədə 4 milyard manat vəsait nəzərdə tutulub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.161072