Saat:12:16
Haqqımızda

"İşğalçı ordunun içərisində ruslarla qeyri-ruslar arasında münasibətlər gərginləşir" - XAQANİ CƏFƏRLİ

2023-02-08 14:37:00

"Manquşevun Rusiya qoşunlarının döyüş səngərində, yaxın məsafədən tapançadan açılan atəşlə zərərsizləşdirilməsi işğalçı ordunun içərisində nüfuz savaşının tərkib hissəsidir"

"Rus faşizminin simalarından biri, səhnəyə əlində qətlə yetirilmiş ukraynalı əsgərin kəllə sümüyünü tutaraq çıxan, Ukraynanı anti-Rusiya dövləti elan edən və bu ideyanın bütün daşıyıcılarının məhv edilməli olduğunu bəyan edən Rusiya ordusunun zabiti İqor Manquşev məhv edilib. Manquşevin yaxın məsafədən tapançadan açılan atəşlə ölümcül yaralandığı, hospitalda özünə gəlmədən öldüyü bildirilir". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib. 

Politoloqun sözlərinə görə, Manquşev "E.N.O.T" adlı özəl hərbi şirkətinin təsisçilərindən biri idi və "Vaqner" Özəl Hərbi Şirkətin qurucusu Yevgeni Priqojinə yaxın şəxslərdən hesab olunurdu: "Manquşevin hərbi cinayətkar İqor Strelkovla çox yaxın münasibətləri olub. Onun Rusiya qoşunlarının döyüş səngərində, yaxın məsafədən tapançadan açılan atəşlə zərərsizləşdirilməsi işğalçı ordunun içərisində nüfuz savaşının tərkib hissəsidir. İşğalçı ordunun içərisində ruslarla qeyri-ruslar arasında da münasibətlər gərginləşir və silahlı toqquşmalar çox da uzaqda deyil".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR