İsfəndiyar Vahabzadə Əli İnsanovun yanından gedib? -‘’Mənim atamın bir misrası...’’ EKSKLÜZİV

2021-10-14 12:03:00

İsfəndiyar Vahabzadə Əli İnsanovun yanından gedib? -‘’Mənim atamın bir misrası...’’ EKSKLÜZİV

Keçmiş səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi partiyada ciddi təlatümlər yaşanır.

Hurriyyet.az xəbər verir ki, bu barədə Musavat.com-a partiyanın rəhbər heyətinə aid şəxslərdən biri məlumat verib.

Məlumata görə, Haqq-Ədalət Partiyasının ikinci siması sayılan İsfəndiyar Vahabzadə təşkilatı tərk etmək qərarına gəlib. O, HƏP-in dar dairədə keçirilən toplantısında ortaya çıxan münaqişə zamanı belə bir ifadə işlədib – ‘’Mənim atamın bir misrası sizin bütün şəxsiyyətinizdən daha böyükdür’’...

Mənbə bildirir ki, HƏP-lə faktiki olaraq yollarını ayırmış İsfəndiyar Vahabzadədən israrla xahiş olunub ki, bu faktı ictimailəşdirməsin: “Partiya sənədlərini qeydiyyat üçün Ədliyyə nazirliyinə verib və bu səbəbdən də Əli İnsanov bütün gücü ilə çalışır ki, Vahabzadənin gedişi hələlik bəyan edilməsin. İsfəndiyar Vahabzadə HƏP-in qeydiyyatı müraciətinə hər hansı cavab verilənə qədər susmağa razılaşıb”.

Mənbəmiz deyir ki, HƏP-in qeydiyyata alınacağı gözləniləndir, Əli İnsanov tərəfdarlarına deyib ki, bu məsələdə iqtidarla danışıqlara gedib və görünən budur ki, HƏP yaxın zamanlarda qeydiyyata alınacaq.

Bu iddialarla bağlı İsfəndiyar Vahabzadənin və HƏP yetkililərinin münasibətlərini də dərc etməyə hazırıq.