İşçi tələb olunur: MAAŞ 2000 AZN

2023-01-14 21:04:00

İşçi tələb olunur: MAAŞ 2000 AZN

Terra Pharm

Satınalmalar üzrə mütəxəssis

Son tarix 13 fev 2023 - [email protected]

Vəzifə öhdəlikləri:

Dərman və tibbi sərfiyyat vasitələrinin satınalma prosessinin planlaşdırılması;

Dərman və tibbi sərfiyyat vasitələrinin satınalma prosedurlarının həyata keçirilməsi, o cümlədən satınalma sənədlərinin tərtibi;

Satınalma prosedurlarının informasiyasının toplanması, təhlili və saxlanılması;

Satınalmanın optimallaşdırılmasında metodiki işlərin aparılması;

Daxili və xarici bazarların araşdırılmasının təşkili və mexanizmin işləməsinə nəzarət;

Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;

Sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq, müqavilələr üzrə danışıqlar aparmaq alış sifarişləri, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirilmək;

Dərman məhsullarının tədarükçü şirkətlərindən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;

Tərəflərlə işgüzar yazışma və danışıqların aparılması.

Namizədə tələblər:

Yaş həddi: 25-45 

Müvafiq vəzifə üzrə ən azı 3 il iş təcrübəsi 

Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı

MS Office komputer proqramlarından sərbəst istifadə etmək bacarığı

Şifahi danışıqların aparılması bacarığı

Komandada işləmək bacarığı

Çeviklik və işgüzarlıq

İş rejimi:

Əmək haqqı: 1500-2000 AZN (müsahibə əsasında təyin olunacaq)

İş günləri: 5 gün, 09:00-dan 18:00-dək

İstirahət günləri - Şənbə/Bazar

Maraqlanan şəxslər öz CV formalarını göndərə bilər (məktubun mövzu bölməsində vakansiyanın adını “Satınalmalar üzrə mütəxəssis” qeyd etməyiniz xahiş edilir, əks halda müraciətə baxılmayacaq). \\Oxu24.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.162305