Saat:07:59
Haqqımızda

İsa Qəmbər 180 manatla bağlı razılıq verdi - Vəkilindən AÇIQLAMA

2022-05-16 12:48:00

İsa Qəmbər 180 manatla bağlı razılıq verdi - Vəkilindən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan Ali Sovetinin keçmiş sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərə veriləcək müavinətin məbləği açıqlanıb.

İsa Qəmbərə pensiya yox, müavinət təyin edilib və məbləğ 180 manat müəyyən olunub. Vəkil Xalid Ağəlinin sözlərinə görə, İsa Qəmbər Avropa Şurası məkanında ən az pensiya təyin edilmiş yüksək vəzifəli şəxsdir.

Hurriyyet.az-ın məlumatına görə, Milli Məclisin sabiq sədri İsa Qəmbərin mövqeyini Cebhe.info-ya çatdıran vəkili Nemət Kərimli bildirib ki, bu həftə ərzində məhkəməyə müraciət olunacaq: "Maksimim 10 gün müddətində müraciətimiz olacaq. İsa bəylə artıq görüşmüşük, bu barədə razılaşmışıq".

İsa Qəmbərə pensiyanın deyil, sanki 180 manat sosial müavinətin ayırıldığını deyən vəkil müraciətlə bağlı müsbət nəticə gözləmədiklərini, lakin sonadək mübarizə aparacaqlarını qeyd edib:

"Bütün məhkəmələr demək olar ki, siyasiləşib. Əslində İsa Qəmbərə Milli Məclis Sədrinin aldığı əməkhaqqının 80 faiz miqdarında pensiya təmin olunmalıdır".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR