“İsa Həbibbəyliyə görə heç bir istedadlı kəs akademiyaya gəlmək istəmir” — Professordan ETİRAF

2023-01-17 22:53:00

“İsa Həbibbəyliyə görə heç bir istedadlı kəs akademiyaya gəlmək istəmir” — Professordan ETİRAF

“Seyid Əzim Şirvani “Sən bilən elmi bilməyən yoxdur, Səndən əfzəl uşaqlar çoxdur” misraları ilə sanki İsa Həbibbəylini və onun homoloqlarını nəzərdə tutubmuş. Akademik titullu bu şəxsin bütün fəaliyyətini bir sözlə ifadə etmək olar: Blef! İstənilən halda, həmişə elmə, Elmlər Akademiyasına sonsuz maraq, həvəs olub, İsa Həbibbəyli və onun kimilər bir neçə il ərzində bu maraq və həvəsin köksünə çöküb məhv etmişlər”.
Hurriyyet.Az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov deyib. 
Professor qeyd edib ki, İsa Həbibbəyliyə görə heç bir istedadlı kəs akademiyaya gəlmək istəmir. Onun “üzü hörmətinə” heç bir istedadlı kəs akademiyaya gəlməkdə maraqlı deyil:
“Nəticədə Həbibbəyli kimi düşünməyə razı olanlar gəlir və akademik girdaba düşürlər. Həbibbəyli - elm demək deyil axı. Amma bir şeyin şahidiyəm ki, elm müəssiəsində işləməyi həyat amallarına çevirən nə qədər gənc və istedadlı kadrlar var. İsa Həbibbəyli və onun hər yerə zoğ atmış şəbəkələşmiş adamları həqiqi mənada dövlətə, millətə faydalı, rüşvətdən, yalandan, xəyanətdən uzaq Vətən övladlarını heç vaxt elm və təhsil müəssisələrinə yaxın buraxmayıblar. Bilavasitə və ya bilvasitə ali hakimiyyətin ən yuxarı pilləsindən, dövlət başçısından narazılıq yaratmaq bu akademik şəbəkənin fəaliyyət trayektoriyasının əsasını təşkil edir”. 

Aynurə Pənahqızı 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000497