Saat:08:42
Haqqımızda

İş adamının var-dövlətini mənimsəyən vəkil haqqında cinayət işi açıldı

2021-08-04 13:29:00

İş adamının var-dövlətini mənimsəyən vəkil haqqında cinayət işi açıldı

Tovuz rayon Qovlar şəhəri K,Məmmədov

ev 49 da yaşayan Tovuz rayon sahibkarlar  

 şurasının sədri “5 ilin ən yaxşı sahibkarı

nominasiyasının qalibi” Hüseynov İsmayıl 

Qara oğlu "Hürriyyət"in redaksiyasına müraciət ünvanlayıb. İsmayıl Hüseynov bildirib ki, ailəsinə külli miqdarda ziyan vuran Sevil Hacıyeva haqqında Baş Prokurorluq Yanında Korrupsiyaya qarşı Mübarziə İdarəsində cinayət işi açılıb. Bütün bunlarla kifayətlənməyən Sevil Hacıyeva İsmayıl Hüseynovun "Hürriyyət"də onun haqqında dediyi fikirləri şər-böhtan adlandıraraq məhkəməyə müraciət edib:

"Mən Tovuzda Qazac Gəncə zonasında tanınmış iş adamıyam. Bütün pullarımı  əlavə evimi, torpağımı, Hacıyeva Sevil Balasoltan qızı məhv elədi. Ona görə bu mənim oğlanlarıma özümə, aid olan məsələ olduğuna görə, mənim dövləti, dövlətçiliyi sevən cənab prezident, ulu öndərdən sonra prezident seçilində təşəbbüs qrypunun rəhbəri olan bir Azərbaycan vətəndaşı kimi xahiş edirəm mənim o məhkəmədə iştirakıma və çıxışıma icazə verəsiniz. Mənim iki ali təhsilli, ziyalı oğlum, bir qrup məmur balalarının toruna düşdü. Onlar qurbanlıq oldular. Belə lazım idi. Hər ikisinin iki övladı işsiz həyat yoldaşı, öhtəsində iki xətə qoca məhkum olunmalarını bir dəfə nəzərə almadılar. Hər ikisinə bu Sevil Hacıyevanın frıldaqları ücbatından 9 il iş verdilər. O puldan heç bir ziyan çəkənə vermədi, Və oğlanlarımın işini ağırlaşdırdı. Sevil Hacıyeva əmlaklara yiyələnməsi üçün hər iki övladımın 9 il iş almasına yardımçı oladu. Ona nəğd olaraq 970000 ( doquz yüz yetmiş min) Azn pul vermişəm. O bu pulları məhkəmə orqanlarına rüşvət kimi alırdı. Pulun əksəriyyətinin qəbzi var. Sevil Hacıyevaya aid bütün təqsib olunmaz faktları özümlə gətirəcəm.

1. Mənim oğlumdan 15 yaş böyük olan həmdə nəvəsi olan Sevil Hacıyeva oğlumla kəbin kəsdirdi. 1 il 3 aydan sonra kəbin ləğv elətdirib. Oğlum türmədə ola ola kəbin ləğv edib. Çünki Sevil Hacıyeva kəbinin köməyi ilə bütün, daşınar daşınmaz əmlaklara sahib olmuşdur. 10 BB  013 Rangrover, həmin nömrədə Qalenvagen, və 99 AF 018 nömrə nişanlı Changan maşını Nəsimi rayonunda yerləşən 3 otaqlı mənzil Bunları öz adına və bacısı qızı Seva Teymirovanın adına yerləşdirib. Əksər pulları da Sevanın adına müqavilə bağlatdırıb. Onların hamısını məhkəmədə açıqlayacam. Tovuz rayonu Qovlar şəhərində 1 hektarın içində olan 40-45 işçinin çalışdığı heyvandarlıq kompleksin dəyəri 250000 AZN olan) İran milli bankından kredit düzəltməyə görə kəbin kəsdirdi, öz adına çıxarış aldı. Dediki sizə 50000 min kredit almaq üçün gərək kəntdəki evinizidə girov qoyasınız. Çünki sizin yaşınıza görə sizə  bankdan  kredit vermək riskdir. Hacıyeva Sevil  Balasoltan qızı mənə dedi ki , bura mənim adımdadır ancaq səni hamı tanıyır, Mütəri tap sataq yoxsa özüm tapıb sənə heçnə verməyəcəyəm. Ona görədə müştərini mən tapdım o satdı. Kompleksin 2 kupçası var idi. Hər ikisi Sevilin adında idi. Rəşad adlı adama satdı. Puluda öz adına yox Müşviq adlı bir ada keçirdib. Bizədə bir manat belə vermədi. Bu neçə ildə bizə rast gələndən özü üçün plan qura qura gəlibmiş, indidə deyir mənim sizə borcüm yoxdur, sizin mənə borcunuz vae. Mənə dəfələrlə deyibki mənə qaytarın vəkilliyə o zaman pulunuzu qaytararm. Sora bizdən çoxlu ev əşyaları apardı. Xalçalar, Servizlər, Televizorlar və başqa qiymətli əşyalar apardı.  Buların hamısı bizim evdə qalan qaçqın ailəsi təsdiq edə bilər, həmdə qonşular. Ona göndərilən pulları Bankla və taksi ilə göndərmişəm. Mənim oğlumu əvvəlcə Xaçmazda öz evində, sora bir qadının evində gizlətdi, məhkəmədən yayındırdı, Oğluma da deyibki səni gizlin yolla Türkiyəyə keçirdərəm. Özümdə burda nəyimiz varsa satıb gələrəm.

Vəkillər kollegiyasının intizam .komisiyaının sədri Şahmar Məmmədov. Hələ 15-20 sübutda məhkəmədə göstərəcəm ki, başqasınıda tora salamsın. Mən çox təəccüb keçirirəm ki, bütün rayon polislərinə şikayət verib, bzidə o polislərdə iştirak etməmişik. Bütün nöqsanları 35-ə qədər geniş faktlarla verəcəm.  Çox şadam ki, o vəkillər kollegiyası və inzibati məhkəmə ilə anlaşa bilməyib. Allaha şükür ki mən iki dövlət qurumunda həm vəkillər kollegiyasında, həmdə Bakı İnzibati məhkəmədə , insaflı, vicdanlı insanlara rast geldim. Allah sizi qorusun.

Möhtərəm hakim Şəlalə xanım mən bilirəmki şah qanun deyil, qanun şah prinsipi ilə işləyirsiz. Çünki rəhmətlik atam demiş, pulun çoxluğu insanı korlayır, azlığı isə dəli edir. Sevil Hacıyeva mənim zülmlə yığdığım pullarım ona güc verirdi, indi o pul qutarmaq, qorxuram o dəli divanə olar . Çünki o dələduzluğla bir vəkilin 10 ildə qazana bilmədiyini  ildə qazandl. O pulu zülmlə qazanmışam, Onu rahat yeyə bilməz. Bizdə qanunlar işləyir. Mənim onu sübut etmək  üçün qabiliyyətim var".

YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR